«Volvo» avtomobillərinin sahibi Li Shufu İsveç markasını «Geely»in avtomobil aqreqatı ilə birləşdirməyi düşünür
FED.az xəbər verir ki, «Volvo Cars»ın sahibi Li Shufu, İsveç avtomobil markasını səhmləri Hong Kongda satılan «Geely» ilə birləşdirməyi düşünür: «Li's Geely Group»-a aid olan «Volvo»dan verilən məlumata görə, bazar ertəsi günü «Gelly Automobile Holdings Ltd.» ilə birləşmək təklifi üzərində işlər başlanacaq.
Birləşmədən sonra ortaya çıxacaq şirkətin səhmləri, həm «Geely Automobile»ın satıldığı Hong Kongda, həm də Stokholmda səhm siyahısına alınacaq.
2010-cu ildən etibarən Li Shufu'nun satın aldığı «Volvo» bu dövrdə Çində sürətlə böyüyüb.
«Daimler AG»nin ən böyük səhmdarı olan Linin fikrincə, elektromobillər və sürücüsüz avtomobillər istehsalının ən yaxşı yolu iri şirkətlərin birləşdirilməsidir.
Doğrudan da avtomobil şirkətləri arasında qlobal miqyasda əməkdaşlıq ötən il daha da sürətlənib. «Volkswagen AG» və «Ford Motor Co.», digər tərəfdən, «Fiat Chrysler Autombiles NV», Fransanın Peugeot markasının sahibi «PSA Group» ilə birləşməyə hazırlaşır.