Çin 2024-cü ilin yanvar ayında 443 min ədəd nəqliyyat vasitələri ixrac edilib ki, bunun da 369 mini minik avtomobili, 74 min ədədini isə kommersiya avtomobilləri təşkil edib.
Qiymətini itirməyən və alıb-satmaq üçün ən sərfəli - ÇİN AVTOMOBİLLƏRİ AÇIQLANDI
Xaricdən Azərbaycana gətirilən elektromobillər - 11% BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə Çin Avtomobil İstehsalçıları Assosiasiyası məlumat yayıb.
Məlumata görə, ixrac ötən ilin eyni ayına ilə müqayisədə 47,4% artıb. O cümlədən, minik avtomobillərinin ixracı 47,5%, kommersiya nəqliyyat vasitələrinin ixracın isə 46,9% artıb.
Elektrikli nəqliyyat vasitələrinin ixracı isə 21,7% artaraq 101 minə çatıb.
Ötən il 4,91 milyon avtomobil ixrac edən Çin Yaponiyanı geridə qoyaraq, dünyanın ən böyük avtomobil ixracatçısı olub. (Marja)