Çin 2024-cü ildə xarici ölkələrə rekord sayda işlənmiş avtomobil ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Yaponiyanın «Nikkei» iqtisadi qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, 2024-cü ildə Çin xarici ölkəərə 400 min ədəd işlənmiş – ikinci əl maşın satıb ki, bu da əvvəlki ildən 45% artıqdır. Bu indiyədək qeydə alınan ən yüksək göstəricidir – indiyədək heç bir ölkə bu sayda işlənmiş avtomobil ixrac etməyib.
Çindən işlənmiş maşınlara ən çox maraq göstərən ölkələr Mərkəzi Asiya və Rusiyadır.
Belə ki, Çindən xaricə satılan işlənmiş avtomobillərin təqribən 50%i Rusiya, Qazaxıstan və Qırğızıstanın payına düşür.
Xatırladaq ki, Çin yeni avtomobillərin ixracına görə, artıq dünya lideridir. Hələ 2023-cü ildə Çin xaricə 4,91 milyon ədəd yeni avtomobil sataraq Yaponiyanı geridə qoymuşdu. Bu əvvəlki illə müqayisədə 58% artıqdır.
İndi isə Çin avtomobillərinə maraq özünü işlənmiş avtomobillərdə də göstərir.