Çində Almaniyanın məşhur “Audi” brendinin avtomobillərinin satışında rekord qeydə alınıb.
FED.az xəbər verir ki, cari ilin yanvar-avqust aylarında Çində 417 min “Audi” satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz çoxdur.
“Audi” şirkəti Çində satışın daha da çoxalmasını təmin etmək üçün bu ölkədəki araşdırma və inkişaf mərkəzində çalışan əməkdaşlarının sayını 2023-cü ilədək 280-dən 650-ə çatdırmağı planlaşdırıb.
Bu mərkəzin əsas fəaliyyəti sürücüsüz avtomobillərin hazırlanmasına, onların rəqəmsallaşdırılmasına, yeni yanacaq növləri ilə işləyən nəqliyyat vasitələrinin layihələndirilməsinə yönələcək.
Eləcə də bax: “Lifan”ların qiyməti aşağı salınacaq