Çində «Mercedes-Benz»in yeni modeli təqdim olunub. Bu elektromobil həm də ucuz qiyməti ilə seçilir.
FED.az xəbər verir ki, «Beijing Mercedes-Benz» Çində yeni elektromobili «CLA 300 L EV»i təqdim edib. Bu modelin qiyməti 249 000 yuandan. Və ya 34 900 dollardan başlayır.
Çindəki CLA başqa ölkələrdəki variantlardan bir neçə cəhətinə görə fərqlənir. Bu maşın 40 millimetr daha uzundur, görünüşü daha sadədir, yerli şəhər infrastrukturuna inteqrasiya olunub və suni intellektə əsaslanan səsli köməkçi var.
«CLA 300 L EV» 200 kVt gücü olan elektromotorla təmin edilib. Daha bahalı versiyalarda (41 min dollar) sərnişinlər üçün iri ekran və sürücüyə dəstək sistemi «Momenta» nəzərdə tutulur.
Artıq indidən məlumdur ki, bum odel öz ucuz qiyməti ilə «Tesla Model 3», «Xiaomi SU7» və «Xpeng P7» modelləri ilə rəqabət aparacaq.



![Çində «Mercedes»in yeni modeli teqdim olundu – [red]35 MİN DOLLARDAN UCUZDUR-FOTOLAR[/red] | FED.az](upload/news/small/111980.png)
![Çində «Mercedes»in yeni modeli teqdim olundu – [red]35 MİN DOLLARDAN UCUZDUR-FOTOLAR[/red] | FED.az](upload/news/small/1649328.png)
![Çində «Mercedes»in yeni modeli teqdim olundu – [red]35 MİN DOLLARDAN UCUZDUR-FOTOLAR[/red] | FED.az](upload/news/small/2157472.png)
![Çində «Mercedes»in yeni modeli teqdim olundu – [red]35 MİN DOLLARDAN UCUZDUR-FOTOLAR[/red] | FED.az](upload/news/small/3189835.png)









