Çində yeni buraxılan hibrid «Honda Accord»un qiymətləri çökdü, indi bu avtomobili ən yüksək komplektasiyada 138,8 min yuana və ya 20 min dollara təklif edirlər. Amma bu müvəqqəti kampaniyadar – bu qiymətə olan maşınlar bütün Çin üzrə cəmi 1000 ədəddir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «GAC Honda» Çin-Yapon birgə şirkəti «Accord» modelinin 50 illiyi münasibətilə «Accord 50th Anniversary 100,000 Reward» modelini buraxıblar.
Kampaniya çərçivəsində «Accord e:PHEV» hibridi şirkətin mövcud müştərilərinə 138 800 yuan və ya 20 min dollar qiymətinə təklif edilir. Bütün Çin üzrə 1000 belə avtomobil satılacaq.
Yeni model 2 litrlik mühərrik və variator sürət qutusu ilə təmin edilib. Maşının hibrid qurğusu 204 at günü yaradır ki, bu da «Accord» xəttində rekord göstəricidir.
Avtomobildə 12,3 düymlük ekranı olan mediasistem, 11,5 düymlük proyeksiya ekranı, 12 dinamikli «Bose» sistemi və 10 təhlükəsizlik yastığı var.











