Hökumətin dünyanın ən byöük avtomobil bazarını dəstəkləməsinə rəğmən Çində avtomobil satışları son 16 iyda 15 dəfə azalaraq indiyədək ən ciddi enmə yaşayıb.
FED.az xəbər verir ki, Çinin avtomobil satıcıları birliyi sedan, sport, kiçik ticarət və çoxməqsədli avtomobillərin satışının 6,6% azaldığını açıqlayıb.
Eləcə də bax: İflas prosesində olan BOKT - AVTOMOBİLLƏRİNİ TOPDAN SATACAQ
2018-ci ildən bəri Çində avtomobil satışlarında yeganə artım şirkətlərin stokdakı avtomobilləri azaltmaq üçün böyük endirim etdikləri iyun ayında baş verib. Yavaşlayan iqtisadiyyat və sərt emissiya qanunları avtomobil bazarına da ciddi təsir edir.