Dünyanın ən məşhur avtomobil istehsalçılarından olan Almaniyanın «Mercedes-Benz»in mənfəəti 2025-ci ilə qədər iki dəfə azalıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il «Mercedes-Benz» şirkətinin xalis mənfəəti 5,3 milyard avro təşkil edib ki, bu da 2024-cü il göstəricisindən (10,4 milyard avro) 49% və ya 2 dəfə azdır.
2025-də şirkətin əməliyyat mənfəəti 57% azalaraq 5,82 milyard avroya, ticarət dövriyyəsi, yəni ümumi satış həcmi isə 9% azalaraq 132,2 milyard avroya düşüb.
Gəlirlərin azalması bir neçə xarici səbəbin üst-üstə düşməsi ilə izah olunur: artan rüsumlar, mənfi məzənnə dalğalanmaları və xüsusilə Çin brendlərindən artan rəqabət.
2025-ci ildə şirkət təxminən 2,16 milyon minik avtomobili və mikroavtobus satıb. «Mercedes-Benz»in Çində satışları 19% azalıb ki, bu da mənfəətin azalmasının əsas amillərindən biri olub.











