Yeni qurulmuş “Cahan multiservis” artıq fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, əsasən Çin avtomobil markaları üçün nəzərədə tutulan servis mərkəzi tam yeni müasir cihazlarla təmin edilmişdir. Mərkəzdə sizlərə Çində avtomobil markalarının istehsal zavodlarında xüsusi ixtisas artırma kursları keçmiş peşəkar ustalar xidmət göstərəcək. Servisdə fəaliyyət göstərən ustaların arasında ölkəmizdə yetərincə tanınan mütəxəsislər olan Xəyal usta (Xəyal Nağıyev), Nicat usta (Nicat Çərkəzov) və Fəxrəddin usta da (Fəxrəddin İbrahimov) yer alıb. Hər biri öz sahəsində master klas keçə biləcək dərəcədə peşəkar olan ustalar sizin işinizi asan etmək məqsədilə bir ad altına toplaşıblar.
“Cahan multiservis”də sizlərə ən kiçik xidmətdən mühərrik təmirinə qədər istənilən xidmətlər göstəriləcəkdir. Mühərrik təmirİ, sürətlər qutusu təmiri, asqı sistemi və elektronika ilə bağlı bütün problemlər qısa zamanda öz həllini tapacaq. Mərkəzdə Çin avtomobillərinin ehtiyyat hissələrinidə əldə edə bilərsiniz.
Avtomobiliniz üçün bütün növ xidmətləri artıq bir ünvanda cəmləyən mərkəzin rəhbəri, Çin avtomobilləri üzrə böyük təcrübəyə sahib olan Fərhad Hüseynov servisin açılışı və il sonu olduğu üçün müştərilərə xüsusi endirimlərin də tətbiq edildiyini qeyd edib.
Ətraflı məlumat üçün: 050 282 33 33
Ünvan: Babək prospekti 21/99