Rusiyada «Chery»nin istehsalı olan böyük Exeed VX krossoverinin satışına başlanılıb.
Eləcə də bax: “Tesla” uşaqlar üçün elektromobil istehsalına - BAŞLAYIR
FED.az xəbər verir ki, 7 yerlik avtomobil top komplektasiyada buraxılıb və qiyməti 42 min dolardan aşağı deyil.
«Exeed VX»nin texniki göstəriciləri 7 yerlik avtomobil üçün elə də yüksək deyil. Maşın 4 silindrli 2 litrlik mühərriklə təmin edilib. 249 at güclü mühərriki 7 pilləli robotlaşdırılmış sürət qutusu idarə edir. 100 km/saat sürətinə çatma müddəti isə 8,5 saniyədir.
Krossoverin «Luxury» variantı 46 min dollar, «President» versiyası isə 50 min dollardır. Bu variantda 20-lik tökmə disklərlə yanaşı, adaptiv kruiz-kontrol, toqquşmadan müdafiə, hərəkət zolağında saxlama və işarələrin tanınması kimi sistemlər var.