Çinin məşhur avtomobillərindən olan «Chery Tiggo 7 Pro Max» Rusiyadakı keçmiş Volkswagen və Nissan zavodlarında yığılacaq.
FED.az xəbər verir ki, əvvəllər Volkswagen-ə məxsus olan Kaluqadakı AGR zavodunda gələn il «Chery Tiggo»lar yığılacaq. Hələlik 120 avtomobilin yığılması razılaşdırılıb.
İlkin olaraq planlaşdırılan 120 avtomobil normal çıxsa və çinlilər hər şeyi bəyənsələr, onda hər bir sonrakı partiya ikiqat artacaq - əvvəlcə 240 ədəd, sonra 480 və s. Ancaq yalnız birinci partiya üçün razılaşma var.