Çexiya 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,9% - 750 ədədə qədər artırıb.
Gələn ildən bu avtomobillərin idxalı qadağan ediləcək - QİYMƏTLƏR BAHALAŞACAQ
FED.az xəbər verir ki, bu barədə Çexiya Statistika İdarəsi bildirir.
Hesabat dövründə tədarükün dəyəri 65,6% - 15 milyon avroya qədər artıb.
Yanvar-oktyabr aylarında Çexiyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan 492 ədəd benzin mühərrikli yeni nəqliyyat vasitəsi (artım 23,9%) gətirilib. 10 ay ərzində tədarükün dəyəri 9,4 milyon avro (artım 32,1%) olub.
Çexiyadan Azərbaycana benzin və elektrik mühərrikli yeni hibrid avtomobillərin (qoşula bilən hibrid avtomobillər istisna olmaqla) ixracı 3,9 dəfə - 183 ədədə qədər artıb. Bu nəqliyyat vasitələrinin tədarük dəyəri 4 dəfə artaraq 4 milyon avro təşkil edib.
Yanvar-oktyabr aylarında Çexiyadan Azərbaycana mühərrikinin həcmi 1000 kubsantimetrdən 1500 kubsantimetrə qədər olan benzin mühərrikli yeni nəqliyyat vasitələrinin idxalı 6 dəfə - 72 ədədə qədər, tədarükün dəyəri isə 6,4 dəfə - 1,5 milyon avroya qədər artıb. (İnterfaks-Azərbaycan)