Çexiya Respublikası, “AvtoVAZ” şirkətinin tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycanda yerləşən “Azərmaş” zavodunda istehsal edilən “Niva” markalı avtomobilləri idxal edəcək.
Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir? - ARAŞDIRMA
FED.az xəbər verir ki, bu barədə Idnes portalı məlumat yayıb.
Məlumata görə, “Niva” modeli texniki göstəriciləri ilə yanaşı, Çexiyada xüsusi rəğbət qazanıb. Səbəblərdən biri də bu yolsuzluq avtomobilinin 1983-cü ildə çəkilmiş kult statuslu çexoslovak serialı “Qonaqlar”da (Návstevníci, 1983) mühüm rol oynamasıdır.
Portalın hesablamalarına əsasən, Çexiyada “Niva” avtomobilinin təxmini satış qiyməti 498 min kron (cari məzənnə ilə təxminən 40 min manat) təşkil edəcək.
Artıq “Niva” avtomobili təkcə Rusiyanın Tolyaatti zavodunda deyil, həm də Azərbaycanda yığılır. Bu səbəbdən də “Niva” texniki baxımdan “qeyri-rus mənşəli” sayılır və bu status ona Avropa İttifaqı bazarında rəsmi şəkildə satışa çıxarılmağa imkan verir.
Müəllif qeyd edib ki, Azərbaycanda yığılan “Niva” avtomobilləri , modelin "doğulduğu" Rusiya şəhəri Tolyaattidəki istehsalla müqayisədə daha keyfiyyətli təsir bağışlayır. (Marja)