Bakı Nəqliyyat Agentliyi tərəfindən qaydaları pozanlara qarşı cərimələrin sərtləşdirilməsini, hətta sürücülük vəsiqəsinə xitam verilməsini təklif edir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərmli bildirib ki, cərimələmədə də müəyyən boşluqlar var:
"Təklifləri hazırlayıb hökumətə göndərmişik. Bəzən bir nəqliyyat vasitəsi qeyri-qanuni parklama yerində dayanır. Siz onu cəmisi 1 dəfə cərmiləyə bilərsiniz. Bizim təkliflərimizdə dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi 1 ay ərzində dəfələrlə dayanma-durmanın tələblərini pozubsa, cəriməsi artaraq gedəcək, daha çox təkrarlanacağı təqdirdə sürücülük vəsiqəsinə xitam veriləcək".