Cərimələrini vaxtında ödəməyən sürücülərin avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına aparılır. Sonradan isə sürücülər cəriməni ödədikləri zaman avtomobili meydançadan çıxartmaq üçün onlardan xüsusi icazə tələb olunurdu. Bu isə əlavə vaxt itkisi ilə yanaşı, bəzən də sürücülərlə yol polisi arasında mübahisələrə gətirib çıxarırdı. Artıq qəbul edilmiş yeni təlimata əsasən, cərimə meydançasında xüsusi icazə tələb etmək qadağan olunub.
Artıq sürücülər bu cür problemlərlə qarşılaşmayacaqlar. FED.az xəbər verir ki, avtomobilin cərimə meydançasından çıxarılması üçün xüsusi icazə tələb edilməyəcək..
Eləcə də bax: Bakıda qəza vəziyyəti yaradan avtomobillər - VİDEO
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, Daxili İşlər Nazirliyinin kollegiyasının 5 iyun 2018-ci il tarixli qərarı ilə "Yol-patrul xidməti haqqında" Təlimata dəyişiklik edilib. Dəyişikliyə əsasən, bundan sonra avtomobil müxtəlif səbəblərdən cərimə meydançasına yerləşdirilərsə, həmin nəqliyyat vasitəsinin cərimə meydançasından götürülməsi üçün xüsusi icazə tələb etmək qadağan olunub. Yəni sürücülər cəriməni ödədikdən sonra rahatlıqla avtomobili cərimə meydançasından çıxara biləcəklər.
Ərşad Hüseynovun sözlərinə görə, əgər saxlanma konkret inzibati xətanın törədilməsi səbəbindən olubsa və xüsusi protokolla rəsmiləşdirilməlidirsə, belə halda sadəcə protokol tərtib olunmalı, yenə də avtomobil evakuatorla gətirilibsə, evakuasiya haqqı və bir gündən artıq müddətdə saxlandıqda saxlanma haqqı ödənilməklə hər hansı əlavə icazə tələb olmadan avtomobil sahibinə verilməlidir.
Ekspert bu addımın sürücülərin rahatlığına və bürokratik maneələrin aradan qaldırılmasına hesablandırğını deyir...
©xezerxeber