Ölkənin cənub bölgəsində yeganə avtomobil bazarı Cəlilabad rayonunda fəaliyyət göstərir.
Eləcə də bax: Azərbaycanın avtomobil bazarında Çin Rusiyanın yerini tutmağa - BAŞLAYIB
FED.az xəbər verir ki, satıcıların sözlərinə görə, son vaxtlar demək olar ki, alıcılıq qabiliyyəti aşağı düşüb:
"Avtomobillərlə çox alıcı maraqlanır. Müştəri boldur, lakin alan yoxdur. Bu proses nə qədər davam edəcək, bilmirik".
Alıcılar isə qeyd edib ki, son vaxtlar avtomobillərin qiymətləri bir qədər artıb:
"Təxminən 10 faizə yaxın bahalaşma var. Bu da öz növbəsində bizə bir qədər təsir edir. Bura cənub rayonları ilə yanaşı ölkənin aran rayonlarından da alıcı və satıcılar gəlir. Bazarda əsasən keçmiş SSRİ və Rusiya istehsalı olan avtomobillər satılır. Digər xarici markalı avtomobillərə isə az rast gəlinir".
Onların sözlərinə görə, buraxılış illərinə görə avtomobillərin qiyməti dəyişir:
"Məsələn, keçmiş SSRİ 1970-1980-ci illlərdə istehsal olunmuş maşınları 2 500-3 000 manata, Rusiya istehsalı olan 1990-ci illərin maşınları 3 500-4 000 manata, 2000-ci illərin maşını isə 5 000-6 000 manata satılır. "Mercedes" markalı avtomobillər 10 000-12 000 manata təklif olunur".
Qeyd edək ki, avtomobil bazarı yalnız həftənin bazar günləri, səhərdən günorta saatlarınadək fəaliyyət göstərir. (Report)