Amerikanın “Cadillac” şirkəti tarixində “Lyriq” adlı ilk elektrikli avtomobilini təqdim edib.
Eləcə də bax: 2021-ci ilin ən yaxşı avtomovbili - Açıqlanıb
FED.az Banker.az-a istinadən xəbər verir bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd edildiyi kimi, avtomobil “General Motors” tərəfindən hazırlanmış yeni modul platforma üzərində qurulu. Krossoverin uzunluğu 4996 mm, təkər bazasının ölçüsü isə 3094 mm təşkil edir.
Salondakı ön panel üzərində ekran quraşdırılıb. Media sistemi və digər funksiyalar da burada yerləşir.
Avtomobil 340 at gücündə elektrik mühərriklə və 100 kVt / s həcmli “Ultium” batareyası ilə təchiz edilib. “Cadillac Lyriq” modeli bir şarjla 483 km qət edə bilir. Maşın 190 kVt-a qədər gücü olan terminallar vasitəsilə şarj yığır.
Bildirilir ki, avtomobil 2021-ci ilin sentyabr ayında ABŞ-da satışa çıxacaq. Xatırladaq ki, daha əvvəl şirkət “XT4” krossoverini təqdim etmişdir.