Çinin və dünyanın avtomobil nəhəngi «BYD» özünün yeni modelini, orta ölçülü elektrik krossoverini – «Sealion 06» təqdim edib.
FED.az xəbər verir ki, o qədər də yüksək olmayan qiymətə şirkət birdəfəyə 605 kilometr gediş və çoxsaylı yeni funksiyalar, o cümlədən sürücüyə dəstək üçün intellektual sistemlər və sürətli enerji yığma təqdim edir.
«Sealion 06» 3 variantda buraxılır, maşının arxa aparıcı və tam ötürücü variantları da var. Avtomobilin batareyalarının tutumu 65,28 və 78,72 kVt saat arasında dəyişir.
Baza variantında batareya kiçikdir və gediş məsafəsi də qısadır - CLTC tsikli üzrə 520 km və ya gücləndirilmiş batareya ilə 605 km. Tam ötürücü versiya 388 at gücündədir, gediş məsafəsi 520 km təşkil edir.
«Sealion 06» modeli «e-platform 3.0» platformasının üzərində qurulub və «Tesla Model Y»-dən bir qədər böyükdür: uzunlüq 4810 mm, en — 1920 mm, hündürlük— 1675 mm təşkil edir.
Maşının salonunda 15,6-düymlük multimedia ekranı və 26 düymlük proyekaiya displeyi quraşdırılıb. Burada qızdırıb soyuda bilən soyuducu da var.
Maşının təhlükəsihlik və sürücüyə dəstək sistemi «God’s Eye C» ilə təmin edilib. Burada 5 radar, 12 kamera və 12 ultrasəs qurğusu var. Kompleks 30 dan artıq funksiyanı, o cümlədən özü parkedilməni dəstəkləyir.
Maşının ilkin qiyməti 140 min yuan və ya 21 000 dollardır.