Çin avtomobil nəhəngindən tarixi nəticə – BYD TOP 100-də. Ötən il 4,6 milyon avtomobil satan BYD dünya nəhəngləri arasındadır.
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
FED.az xəbər verir ki, BYD 2026-cı il üçün açıqlanan FORTUNE Global 500 siyahısında 91-ci yerdə qərarlaşıb və bununla da dünyanın TOP 100 şirkəti arasında mövqeyini daha da möhkəmləndirib.
Artıq beş ildir ki, ardıcıl olaraq bu nüfuzlu siyahıda yer alan BYD davamlı inkişafı və yaşıl gələcəyi dəstəkləyən texnoloji innovasiyalara sadiqliyini qoruyur.
2025-ci ildə BYD rekord göstəriciyə imza ataraq 4,6 milyon yeni enerji avtomobili (NEV) satıb və hazırda dünyanın 121 ölkə və regionunda fəaliyyət göstərir.














