Çin avtomobil şirkətləri avtomobil bazarını yeni texnoloji imkanlar və qiymətlər isə alt-üst etməkdədirlər.
FED.az xəbər verir ki, «BYD»nin yeni hibrid avtomobili həm gediş məsafəsi, həm də qiymətinə görə, maşın bazarında qaydaları dəyişib.
Şirkətin yaxın günlərdə təqdim edəcəyi «Seal 05 DM-i» sedan avtomobili 100 km-ə cəmi 2,95 litr yanacaq istifadə edir və dolu yanacaq çəni ilə birdəfəyə 2000 km getməyə qadirdir. Qiyməti isə cəmi 12 250-15 000 dollar təşkil edir.
Yeni avtomobil Çində fevralan 10-da satışa çıxarılacaq, ilkin sifarişlər artıq başlayıb.
«BYD Seal 05 DM-i» avtomobili bundan əvvəlki avtomobilin – «BYD Destroyer 05»in bir qədər dəyişdirilmiş formasıdır. Avtomobilin uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 4780 mm, 1837 mm və 1515 mm təşkil edir, təkər bazası 2718 mm-dir.
«Seal 05 DM-i» güclü mühərriki ilə seçilmir, əvəzində bu mühərrik. Maşının ultra qənaətli olmasına imkan verir. Belə ki, 1,5 litrlik mühərrikin maksimal gücü 99 at günü təşkil edir. Sinxron mühərrikin daimi maqnitli versiyasında isə maşının gücü 161 at gücünə çatır.
Avtomobilin sırf elektriklə gedəcəyi yol 43-90 kilometrdir. 100 km-ə sərf edilən yanacaq 2,95 litrdir, dolu çənlə gedilə bilən məsafə isə 2000 kilometrdir.
Maşının interyeri müasir Çin avtomobillərinə tam uyğun gəlir – burada iri idarəetmə ekranı, D-şəkilli mülti sükan var.