Göyçay rayonunda parnik təsərrüfatı yaradanlar dövlətdən güzəştli kredit ala biləcəklər. FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirdiyi işgüzar forumda bildirilib.
FED.az nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- startap layihələrin maliyyələşdirilməsi;
- müasir heyvandarlıq, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının yaradılması;
- meyvəqurutma müəssisəsinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.