“Bəzən bu markaları satmağımız üçün distribyutorlardan bizə müraciət edirlər, amma biz bu markaları istəmirik, çünki satılmır. Bir vaxtlar bu markaların reytinqləri yaxşı idi, indi zəifləyiblər.”Mövzunu avto-salonlarda davam etdirdik. “Okean” avto-salonundan bildirdilər ki, burada ən zəif satılan avtomobil markaları “Honda”, “Mazda”, “Subaru” və “Ford”dur. Salonun satış menecerinin sözlərinə görə, bu markaların həm özü, həm də ehtiyat hisslərinin qiymətləri həddən artıq baha olduğu üçün alıcılar bu markalara “yaxın durmurlar”:
“Honda”, “Mazda”, “Subaru” alan yoxdur
“Porsche” Bakı mərkəzindən bildirdilər ki, burada ən zəif satılan “911” modelidir. Zəif satışa səbəb isə bu modelin idman stilində olmasıdır. Maraqlıdır ki, avtomobil mərkəzində heç bir modelin qiyməti telefon vasitəsilə deyilmir. Sözügedən modelin bazar qiyməti ilə maraqlandıq və öyrəndik ki, bi modelin ikinci əl satış qiyməti 43 min-78 min dollar arasında dəyişir (73 min 100 manat-132 min 600 manat).
İdman avtomobilidir deyə...
“Hyundai” Bakı mərkəzindən bildirdilər ki, ən az satılan modelləri “SantaFe”dir. Səbəblərdən biri alıcıların bu modelin 2018-ci il versiyasını gözləməsi, digər səbəb isə qiymətinin baha olmasıdır. Qeyd edək ki, modelin qiyməti 61 min manatdır.
Qiyməti baha olduğu üçün az satılır
Eləcə də bax: Daha 35 avtomobil hərraca çıxarılır
“BMW” Bakı mərkəzinin məlumatına görə, ən zəif satılan model 1-ci və 2-ci seriyaya aid olan modellərdir. Zəif satışa səbəb isə mühərrik həcmi ilə qiymətinin düz mütənasib olmamasıdır. Bu modellərin qiyməti 25-50 min avro (52 min 330 manat-104 min 640 manat) arasında dəyişir.
Mühərrikin həcmi kiçik olduğu üçün...
model 2 mühərrik, 150 at gücünə malikdir. Qiyməti 24 min 300 dollardan başlayır(41 min 310 manat), 28 min dollara qədər dəyişir.“Toyota” Bakı mərkəzindən isə bildirdilər ki, bu markanın ən zəif satılan modeli “Yaris” olub: "Bu model rəqabətə dözmədiyi üçün və qiyməti baha olduğuna görə daha sifariş etmirik. Hazırda ən zəif satılan isə “CHR” modelidir. Bunun zəif satışının yeganə səbəbi isə satışa hələ yeni çıxarılmasıdır". Qeyd edək ki,
Təzə gəlib deyə az satılır
“KIA” Bakı mərkəzindən bildirdilər ki, bu markanın ən zəif satılan modeli “Cadenza”dır. Satış menecerinin sözlərinə görə, bu model əsasən 3 ayda bir dənə satılır. Zəif satışa səbəb isə qiymətinin baha olmasıdır. Modelin qiyməti 73 min 700 manatdır.
3 ayda bir dənə satılır
olaraq məşhur avtomobil markalarının Bakıda fəaliyyət göstərən mərkəzlərindən və avto salonlardan ən zəif satılan marka və modelləri öyrəndik.FED.az
Azərbaycanda satılan avtomobillərin sayı və çeşidi böyük olsa da, bazarda həm müsbət, həm də mənfi imic qazanan maşınlar da var. Özü də bu imic avtomobilin təkcə keyfiyyəti ilə deyil, onun likvidliyi – yəni tez satılmaq imkanı ilə bağlıdır. Tez satılan avtomobillər sahibi üçün əlverişli olduğu kimi, çətin satılan maşınlar da əlavə yükdür. Ona görə də avtomobil almaq istəyənlər maşınların texniki xüsusiyyətləri və qiyməti ilə yanaşı, likvidliyinə də nəzər salmalıdırlar. Müşahidələr göstərir ki, pis satılan avtomobillərin satış problemi elə ilk dəfə satılanda özünü göstərir.
“Mercedes S600” niyə az satılır?
“Mir Avtosalon”dan bildirdilər ki, burada ən zəif satılan “Mercedes S600” modelidir. Satış menecerinin sözlərinə görə, bu modelin mühərrik həcmi 6 litr, qiyməti isə çox bahadır. Müştərilər də bu səbəblərdən S600-dən qaçırlar.