Yanvar-sentyabr aylarında Azərbaycana 462 milyon 654 min ABŞ dolları dəyərində 38 min 632 avtomobil idxal edilib.
Eləcə də bax: Avtomobillərin alqı-satqı zamanı qeydiyyat qaydası dəyişib
Dövlət Gömrük Komitəsindən FED.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 129-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 36 min 36-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 2377-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 90-ı isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.