İyun ayının sonunadək Bakıda yerləşən Heydər Əliyev adına neft emalı zavodu (NEZ) "Avro-5" ekoliji standartı üzrə avtomobil benzini istehsalına başlayacaq.
FED.az xəbər verir ki, Bakı Neft Emalı Zavodu hazırda modernizasiya və yenidənqurma üzrə irimiqyaslı layihə həyata keçirir. NEZ-in gücü hazırda ildə 6,5 milyon ton təşkil edir, modernizasiya və yenidənqurma işlərinin yekunlarına görə zavod Xəzər regionu ölkələrindən ildə toplam 7,5 milyon ton həcmdə bütün neft növlərini emal etmək üçün nəzərdə tutulub.
Layihənin tam yekunlaşması 2027-ci ilə planlaşdırılır. Modernizasiyadan sonra zavodda ildə 2 milyon ton avtomobil benzini istehsal olunacaq. 2,9 milyon ton dizel yanacağı, 1 milyon ton reaktiv yanacağı, 390 min ton neft-kimya məhsulları istehsal olunacaq.