Neftçala Sənaye Məhəlləsinin ən böyük müəssisələrdən biri illik istehsal gücü 10 min avtomobil olan “Azərmaş" ASC – "İran Khodro" birgə avtomobil zavodudur.
FED.az xəbər verir ki, Azərbaycan-İran birgə müəssisəsi olan zavodda müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal ediləcək. Ümumi investisiya dəyəri 24 milyon manat olan müəssisədə 300 nəfər işlə təmin ediləcək. Müəssisəyə verilmiş investisiya təşviqi sənədi hesabına təqribən 2 milyon manat qənaət əldə olunub.
Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.