Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 25 fevral 2020-ci il tarixində növbəti dəfə nəqliyyat vasitələrinin hərracını keçirəcək.
Eləcə də bax: "Nissan" və "Daewoo" avtomobilləri - HƏRRACA ÇIXARILIR- QİYMƏT
FED.az xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
1-ci sətirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
2-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
3-cü sətirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
4-5-ci sətirlərdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
6-cı sətirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
7-ci sətirdə “Azəristiliktəchizat” ASC-nin balansında olan nəqliyyat nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
8-ci sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)
| S/N | Balanssaxlayıcı müəssisənin adı | Avtonəqliyyat vasitəsinin markası | 
 Buraxılış ili | Start qiyməti (manatla) | 
 10% beh (manatla) | 
| 1. | Kürdəmir Rayon İcra Hakimiyyəti | Chevrolet Niva GLC-212300 | 2010 | 10000 | 1000 | 
| 2. | Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası | İsuzu NHR55E yük | 2007 | 9000 | 900 | 
| 3. | Azərbaycan Respublikası Ali Məhkəməsi | Skoda Octavia | 2003 | 5400 | 540 | 
| 4. | Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi | Nissan Maxima | 2007 | 3000 | 300 | 
| 5. | Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi | Nissan Maxima (yüngül qəzalı) | 2007 | 2000 | 200 | 
| 6. | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Mərkəzi Neftçilər Xəstəxanası | Nissan Maxima | 2002 | 3000 | 300 | 
| 7. | “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti | ZİL-431412 ş-də KC-2571 xüsusi | 1989 | 7500 | 750 | 
| 8. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | Yamaha XJ 900P | 2009 | 4000 | 400 | 
| 9. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | BMW 320 | 2007 | 5200 | 520 | 
| 10. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | QAZ-31105 | 2008 | 2200 | 220 | 
| 11. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | QAZ-31105 | 2008 | 2200 | 220 | 
| 12. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | FİAT Doblo | 2009 | 3800 | 380 | 
| 13. | Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı | FİAT Doblo | 2009 | 3800 | 380 | 
| 14. | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxs | VAZ-21043 | 2007 | 4000 | 400 | 
| 15. | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxs | VAZ-21043 | 2007 | 4000 | 400 | 
| 16. | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxs | VAZ-21043 | 2007 | 4000 | 400 | 
| 17. | Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxs | VAZ-21043 | 2007 | 4000 | 400 | 
| 18. | Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası | BMW 740 Lİ | 2006 | 20000 | 2000 | 
| 19. | Kəlbəcər Rayon İcra Hakimiyyəti | VAZ-21154 | 2011 | 1500 | 150 | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








