Avto

Bu avtomobil şirkətləri mühərriklərə - ÖMÜRLÜK ZƏMANƏT VERƏCƏKLƏR

Bu avtomobil şirkətləri mühərriklərə - ÖMÜRLÜK ZƏMANƏT VERƏCƏKLƏR | FED.az
20:27 17 Okt 2019

Cənubi Koreyanın Hyundai və Kia avtomobillərinin Theta II mühərriklərində üç mindən artıq halda öz-özünə alışma vəziyyətləri müşahidə edilib.

FED.az "TED.az"-a istinadən xəbər verir ki, istehsalçı həmin markaların 4 milyondan artıq avtomobilinin məcburi geri çağırıldığını bəyan edib. Bundan başqa, gələcəkdə, yeni texnikanın işləmək qabiliyyətinə ömürlük zəmanət veriləcəyi vəd olunub. Xatırladaq ki, söhbət 2,0 və 2,4 litrlik aqreqatlardan gedir ki, onlardan 2011-ci ildən 2018-ci ilə qədər olan modellərdə istifadə edilib.

Rəsmi servis mərkəzlərində, bir çox hallarda baş verdiyi kimi bu cür sıradan çıxma vəziyyətinin bir daha təkrarlanmaması üçün, istifadə olunan proqram təminatını gələcəkdə modernləşdirmək niyyətindədirlər. Hələ ki, yanmış maşınların sahiblərinə ödəniləcək kompensasiyanın miqdarı göstərilmir.

Digər xəbərlər