Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.
Eləcə də bax: Xarici səfirlikdə işləyənlər - MAŞIN ALVERİ EDİRMİŞ
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat və Ərazi və yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi müəyyənləşib.
Belə ki, Agentlik üçün ayrılan xidməti minik avtomobillərinin sayı 22 olur. Avtomobillərin 11-i aparat üzrə, 11-i isə ərazi və yerli bölmələri üzrə verilir.
"report"