Bu gün Britaniya səfirliyinin Müvəqqəti İşlər vəkili Filip Barkley, "Bakı Taksi Xidməti" MMC-nin baş direktoru Fuad Əliyev ilə yeni London taksilərinin istifadəsi üçün tərəfdaşlıq müqaviləsi imzalayıb.
Eləcə də bax: İlham Əliyev taksi avtomobili sürdü - FOTOLAR - VİDEO
FED.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yayıb.
Barkley “Britaniya səfirliyində mümkün qədər ətraf mühitə ziyan vurmamağa çalışırıq. Hamımız karbon və digər çirkləndirici qazların tullantılarını azaltmalıyıq. Benzin mühərriklərindən çıxan karbon emissiyaları qlobal istiləşməyə səbəb olur ki, bu da dünyamızı daha da istiləndirəcək və quraqlıqla nəticələndirəcək və həyat tərzimizə təhdiddir." deyib.