BMW şirkəti öz avtomobillərində bəzi funksiyalardan istifadə üçün abunə modelini tətbiq edəcək.
Mercedes yenə BMW-dən geri qaldı
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni "iX3" elektrik krossoveri üçün alman istehsalçı dairəvi baxış kameraları və inkişaf etmiş avtonom idarəetmə sistemləri kimi funksiyalarla bağlı aylıq ödəniş təklif edəcək.
Dairəvi baxış kameraları və avtopilot tipli sistemləri özündə birləşdirən "Driving Assistant Pro" bütün "iX3" modellərində komplektasiyadan asılı olmayaraq standart quraşdırılacaq, lakin onların aktivləşdirilməsi üçün abunə tələb olunacaq.
Bu funksiyaların qiyməti hələ açıqlanmayıb. (Oxu.az)










