Almaniyanın avtomobil nəhəngi BMW-nin loqosu dəyişib.
Eləcə də bax: Cənubi Koreyadan «BMW X5»ə yeni – RƏQİB GƏLİR
FED.az xəbər verir ki, şirkət rəsmisi Cens Timer dəyişikliyə belə aydınlıq gətirib: "Yeni loqo və marka dizaynı markanın mobilliyə və gələcəkdəki drayv həzzinə verdiyi önəmi simvolizə edir".
Loqonun şəkli saxlanılsa da, dizaynda yeni yanaşma olduğu görünür. Ortadakı göy və ağ rənglər əvvəlki kimi qalsa da, şrift dəyişilib. Xarici halqa isə artıq ağ rəngli düz dizayna sahibdir.
Görünür, BMW vizual dəyişikliklə daha açıq və əlçatan marka olmaq, ən azından bu cür görünmək istəyir.
TED