Almaniyanın "BMW" şirkəti Çindən 193 min avtomobilini geri çağırır.
Xarici mətbuatın yazdığına görə, bunun səbəbi avtomobillərin təhlükəsizlik yastıqlarında problemin olmasıdır.
Avtomobillərin geri çağırılması 2017-ci ilin avqust ayının 1-də başlayacaq.
"BMW" defektli detalları pulsuz əvəz etməyə söz verib.