Avropa Komissiyası BMW-ni1 milyard avro cərimələyib. FED.az xəbər verir ki, alman şirkəti başqa şirkətlərlə gizli razılaşmaya getməkdə ittiham olunub.
Avropa Komissiyasının ilkin məlumatlarına görə, BMW şirkəti Daimler («Mersedes»lərin istehsalçısıdır) və Volkswagen şirkətləri ilə gizli razılaşmaya girərək təqribən 8 il ərzində Avropa Birliyinin antimonopol qanunvericiliyin pozub.
Bu şirkətlər 2006-2014-cü illər ərzində benzin və dizel mühərrikləri üçün hava təmizləmə texnologiyaları sahəsində əməkdaşlıq ediblər.
BMW bu cəriməni ödəməyə razılaşıb. «İddiaar haqqında məlumata baxıldıqdan sonra, BMW təqribən 1 milyard avroya bərabər olan öhdəliyi tanıyır», - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, Avropa Komissiyasının məlumatına görə, BMW, Daimler və Volkswagen gizli sövdələşməyə gediblər ki, tullantı qazlarının təmizlənməsi texnologiyalarının hazırlanmasına mane olsunlar.