Çin avtomobil bazarına daha bir avtomobil təqdim edib.
"BYD" avtomobil satışında "Honda" və "Nissan"ı ötüb
FED.az xəbər verir ki, Çinin «Chery» şirkətinin buraxdığı «Jetour Shanhai L6» avtomobili birdəfəyə 1400 kilometr məsafə qət edir, başlanğıc qiyməti isə 17,5 min dollardan aşağıdır.
Artıq yeni modeli almaq üçün sifarişlər açılıb. Maşının təminatından («Pro», «Max» və «Ultra») asılı olaraq qiymətlər 17,5-20 min dollar arasında dəyişir.
«Shanhai L6» modelinin uzunluğu, eni və hündürlüyü müvafiq olaraq 4630, 1910 və 1684 millimetrdir, təkər bazası isə 2 720 mm təşkil edir. Maşının kütləsi 1756 kq-dir.
Qarşı tərəfdən «Shanhai L6»ın dizaynı «Jetour Dasheng»ı xatırladır.
Avtomobil sürücüyə kömək üçün bəzi maraqlı funksiyalara malikdir – məsələn, bura avtomobik tormozlanma və sürücünün yorğunluğuna nəzarət aiddir.
Budəfəki modeldə «Chery Kunpeng C-DM» superhibrid sistemi quraşdırılıb. Bura «Chery ACTECO 1.5TGDI» hibrid mühərriki və elektrik mühərriki aiddir.
Hibrid mühərriki 115 kVt (154 at gücü), elektrik mühərriki isə 150 kVt (201 at gücü) gücünə malikdir.
Tutumu 19,43 kVt·saat olan lion akkumulyatorları yalnız elektriklə 125 kilometr gedişi təmin edir. Birdəfəyə ümumi gediş məsafəsi isə 1400 kilometrdir. Maşının maksimum sürəti 180 kilometr saat, 100 kilometrə yanacaq sərfi 1,25 litrdir.