Çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin aylıq qiyməti 60 manatdan 90 manata qaldırılıb.
AYNA-dan parklanma qiymətlərinin artırılması ilə bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, Bakıdakı əksər binaların zirzəmisindəki parklanma yerlərinin ödənişi 50 faiz artırılıb.
Vətəndaşlar isə bu qiymətlərdən təbii ki, narazıdırlar.
Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, parklanma yerlərində qiymətlərin artmasına səbəb park sahələrinin satış qiymətlərinin baha olmasıdır.
Ekspert bildirib ki, binaların zirzəmilərindəki park yerləri ilə bağlı qiymətlər qanunla tənzimlənmədiyindən sahibkarlar tərəfindən istənilən tarif tərtib olunur. (Xezerxeber.az)