Bəzi taksi şirkətlərində gediş qiymətinə 10 qəpik servis haqqı əlavə edilib.
Azərbaycanda taksi qiymətlərinə xidmət haqqı əlavə edildi - FOTO
FED.az xəbər verir ki, şirkətdən mediaya verilən açıqlamada bunun taksi xidmətini inkişaf etdirmək üçün istifadəçilərdən alınan ödəniş olduğu qeyd edilir.
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirib ki, qiymət artımı edən hər hansı taksi şirkəti bunu açıq olaraq elan etməlidir. Lakin bu artımı fərqli adla elan etmək doğru deyil və sürücü ilə sərnişin arasında mübahisə yarada biləcək haldır.
Məsələ burasındadır ki, həmin şirkətlərlə əməkdaşlıq edən sürücülər özləri də, tətbiq olunan qiymət artımını normal qarşılamırlar. Hətta bəziləri bunun sərnişlərin azalmasına səbəb olduğunu da deyir.
Ekspert İlqar Hüseynli bildirib ki, ölkəmizdə xidmət göstərən taksi şirkətlərinin əksəriyyətində avtomobil parkı köhnədir. Bu tip avtomobillərdə isə xidmət keyfiyyətini artırmaqdan söhbət etmək real görünmür. (Xezerxeber.az)