"Benzinin bahalaşması maşın bazarını məhv edəcək" - AVTOSALONLAR
20:4820 Avq 2018
Benzinin qiymətinin artması nəticəsində avtomobillərin satışı 50-60% azalacaq. Fed.az "Kommersant.az"-a istinadən xəbər verir ki, bu sözləri Bakıda fəaliyyət göstərən avtosalonların satış menecerləri benzinin bahalaşmağına münasibət bildirərkən deyiblər. Onların sözlərinə görə, yaranacaq bahalaşmadan sonra bazarın özünə gəlməyi hələ 6-7 ay çəkəcək ki, bu fəaliyyətsiz müddət də bazarı məhv edəcək. "Əvvəl ayda 40 maşın satırdıqsa, bahalaşmadan sonra..."
"Okean" avtosalondan dedilər ki, bahalaşma “Premium Euro-95” və “Super Euro-98” aid olsa da bu, maşın bazarına çox ciddi və pis təsir edəcək:
"Əvvəl ayda 40 maşın satırdıqsa,son bahalaşmadan sonra yəqin bu rəqəm 30-20-yə düşəcək". "Bazar 6-7 aya ancaq özünə gələr"
"Star" avtosalondan isə dedilər ki, onsuz da əvvəllər də alver zəif olub, bu bahalaşma bazarı lap məhv edəcək:
"İki aya 1 dənə maşın satırdıq. Benzini bahalaşdırdılar, bazar 6-7 aya ancaq özünə gələr. Reallıq ondan ibarətdir ki, onsuz da bazar yanvar ayından ziyandadır. Bu bahalaşma bazarı 100% geri salıb məhv edəcək". "Al-ver 50-60% geriləyəcək"
"Olimp" avtosalonunun satış meneceri portalımıza açıqlamasında bildirdi ki, qərar iri mühərrikli avtomobillərlə yanaşı kiçik bazara da mənfi təsir göstərəcək:
"Tək bizdə yox, ümumiyyətlə bazarda alver 50-60% geriləyəcək".