Pakistan Milli Bankının Bakı filialı mülkiyyətində olan nəqliyyat vasitəsinin satışını elan edir.
FED.az xəbər verir ki, satış üçün mövcud nəqliyyat vasitəsi Toyota Corolla minik (ili 2006), rəngi gümüşü, mühərrik 1.8 litrdir.
Maraqlanan şəxslər (şirkətlər/fiziki şəxslər) elan dərc olunduğu gündən sonra 10 gün ərzində iş günləri saat 09:00-dan 17:00-dək Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov, 20, m. 12. ünvanda müraciət edə bilərlər.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2022-ci ildə “Banklar haqqında” qanunun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, Pakistan Milli Bankının müraciəti əsasında onun Bakı filialına verilmiş 30 iyun 2005-ci il tarixli lisenziyanı ləğv edib.