Azərbaycanda taksi xidməti göstərəcək “Uklon” MMC qeydiyyatdan keçib.
“PAŞA Holdinq” ilə eyni ünvanda olan 2 şirkət - LƏĞV EDİLİR
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, “Uklon Azərbaycan” MMC (VÖEN – 1406338961) adlanan şirkətin nizamnamə kapitalı 100 min ABŞ dollarıdır.
“Uklon Azərbaycan” MMC Ukraynanın aparıcı taksi şirkətlərindən olan “Uklon taksi”nin Azərbaycandakı tərəfdaşı olacaq.
MMC-nin qanuni təmsilçisi Məmmədov Xaqani Rüstəm oğludur, şirkətin hüquqi unvanı isə Bakı, Neftçilər prospekti, 153 ünvanında yerləşir. Ölkənin ən böyük özəl bines qruplarından olan «Paşa Holdinq» də bu ünvanda yerləşir.