Sentyabrın 21-də Bakıda «Elektra hall»da Mersedesin yeni G-class-nın («Galendwagen») təqdimatı olub. FED.az xəbər verir ki, yen avtomobil 422 at gücü olan 4 litrlik mühərriklə təmin edilib. Tam ötürücülü avtomobil 100 kilometr sürəti 5,9 saniyəyə yığır. Maksimum sürəti 210 kilimetr saatdır.
Avtomobil Aİ-95 benzini ilə hərəkət edir və çənin tutumu 75 litrdir.
Yeni G-class əvvəlki modeldən 10 santimetr uzun, 12 santimetr enli və 4 santimetr hündürdür.
Təqdimatda G-class-ın yeni qiyməti də açıqlanıb – 190 min avro və ya təqribən 380 min manat.