R.Behbudov və M.Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.
Bu barədə FED.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 12-i səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Qeyd edək ki, ümumilikdə Bakı şəhəri ərazisində 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri həyata keçiriləcək.
Bakının mərkəzindən əksər yollar bağlanır - BU GÜNDƏN

13:33
11 Aprel 2019