Dövlət Yol Polisi mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı açıqlama yayıb.
FED.az xəbər verir ki, yol polisi xəbərdarlıq edib ki, sözügedən tədbir ərəfəsində paytaxtın Üzeyir Hajıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və Azərbaycana gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ijtimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur.
Eləcə də bax: Futbola görə Bakıda qərargah yaradılıb - 24 SAAT İŞLƏYƏCƏK