Bakı Dairəvi yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirəcək yeni çəkilən yolda işlər yekunlaşmaq üzrədir.
Eləcə də bax: Dəmir yolunun tikintisi üçün torpaqlar alınacaq - QƏRAR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib.
Şöbə rəisinin sözlərinə görə, yolun tikintisi ilə bağlı 100-ə yaxın ev və qeyri-yaşayış obyekti sökülüb: “Hazırda yolun 160 metrlik hissəsində istinad divarları tikilir. Ümumilikdə yolun uzunluğu 1,3 kilometr, eni isə 18,5 metrdir. Yol tikintisi ilə əlaqədar 91 maneə aradan qaldırılıb. Bunlar yaşayış, qeyri-yaşayış və torpaq sahələridir. Həmin əmlakların sökülməsi müqabilində sakinlərə kompensasiya ödənilib”.
A.Nəcəflinin sözlərinə görə, layihə çərçivəsində ərazidə olan kommunikasiya xətləri də yenilənib: “Həmin ərazidə kommunikasiya xətlərində problemlər var idi.Layihə çərçivəsində bütün kanalizasiya, su, rabitə və qaz xətləri yenilənib. Elektrik xətləri isə tam olaraq dəyişdirilib, ərazidə 4 ədəd transformator tikilib”. Qeyd edək ki, Yasamal bazarı da yeni salınacaq avtomobil yolu ilə əlaqədar sökülüb.
Bakıda yeni yol çəkilir - Dairəvi yolla mərkəzi birləşdirəcək
09:28
13 Dek 2018