İran avtomobil şirkəti "Saipa Group" Bakıda yeni modellərin satışlarını bərpa edib. FED.az-ın əldə etdiyi məlumata görə, şirkət əvvəl pərakəndə şəkildə satış aparsa da artıq Badamdar Avtomobil Bazarında yeni salon açıb və satışları artırmaq niyyətindədir.
Eləcə də bax: Sovet əfsanəsi qayıdır: Bazara “Volqa” gəlir - FOTO
Markanın satış meneceri Namiq Nadirov Fins.az-a açıqlamasında bildirib ki, əvvəllər şirkət "Saipa" və "Tiba" modellərinin satışını həyata keçirib. Hazırda yalnız yeni "Saina" modellərinin satışı həyata keçirilir. Qiymətlər 15 min manatdan başlayır. Avtomobillər nağd və lizinq şərtilə müştərilərə təqdim edilir.
Qeyd edək ki, "Saipa" modelləri Azərbaycan bazarında əsasən taksi fəaliyyəti üçün istifadə edilir.