Bakı Nəqliyyat Agentliyi şəhər ərazisində ən çox qəzaların baş verdiyi küçələrdə sürəti endirməyi qərara alıb.
FED.az xəbər verir ki, ümumilikdə 14 küçə və prospektdə sürət həddi aşağı salınıb.
BNA-nın rəhbəri Vüsal Kərimli bildirib ki, azalma qəzaların qarşısını almaq məqsədi daşıyır: «Statistikalar paytaxt ərazisində baş verən yol nəqliyyat hadisələrinin əsas səbəblərindən birinin də, yüksək sürət həddi olduğunu göstərir. Avtomobil yollarında icazə verilən sürət hədlərinin optimallaşdırılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda da öz əksini tapmışdır.
Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə 14 yol sahəsində sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlanmış və Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmışdır. Sözügedən yol sahələrində mərhələli şəkildə müvafiq yol nişanları quraşdırılacaqdır.
Sürücülərimizin sürət hədlərinə riayət edəcəyinə inanırıq»-deyə qurum rəhbəri bildirib.
Sürət endirilən küçələn aşağıdakılardır: