Bakıda, "Wolt" çatdırılma xidmətinin bir sıra kuryerləri qiymətlərin artırılmasını tələb edirlər.
"Volt"un fəaliyyətinə - İCAZƏ VERİLDİ
FED.az xəbər verir ki, kuryerlər işləməkdən imtina ediblər. Onlar çantaların üzərinə "Qiymətlər qalxmayana qədər işləmirik" yazaraq motosikletlər ilə Bakının küçələrində hərəkət edirlər.
Kuryerlər iddia edirlər ki, onların çatdırılmaya görə aldıqları haqq çox aşağıdır.
Kuryerlərin etiraz aksiyası TikTok səhifələrində canlı yayımlanır.
Wolt - Finlandiyanın texnoloji şirkətidir və ən çox çatdırılma tətbiqi ilə məşhurdur. Bu tətbiq özündə kuryer-partnyorları və restoranları birləşdirir. (Marja)