Bu ilin may ayında Rusiyanın “Qruppa QAZ” avtomobilqayırma şirkəti “Azərmaş” ASC-nin törəmə müəssisəsi olan “Azevrokar” şirkəti ilə birlikdə Bakıda “QAZ” firma diler mərkəzi açılmasını planlaşdırır.
FED.az xəbər verir ki, “Azərmaş” ASC və Qorki avtomobil zavodu “QAZ kommersiya avtomobillərinin Azərbaycanda yığılmasının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq haqqında” memorandum imzalayıblar.
Həmin sənədə əsasən, 2019-cu ilin sonuna qədər Hacıqabul şəhərində “ГАЗель NEXT”, “ГАЗель БИЗНЕ” kommersiya avtomobillərinin və “ГАЗон NEXT” yük avtomobillərinin yığma istehsalatı yaradılacaq. Müəssisə hər il 1000-ə qədər avtomobil istehsal etməyə imkan verəcək.
Eləcə də bax: Azərbaycanda yığılacaq “QAZ” avtomobilləri xaricə də ixrac olunacaq
Eləcə də bax: Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq