Bakıda yol polisi əməkdaşları paytaxtda poçt xidməti kimi fəaliyyət göstərən "FedEx" və "UPS" şirkətlərinə məxsus avtomobilləri saxlayıblar.
Eləcə də bax: DYP: Bu gündən Bakıda sürücülər - CƏRİMƏLƏNƏCƏK
FED.az xəbər verir ki, bu barədə birləşmiş “FedEx – TNT” şirkətinin maraqlarını Azərbaycanda təmsil edən “Azeriexpress” şirkətinin direktoru Şaiq Qəribzadə deyib.
O bildirib ki, bu gün "FedEx" və "UPS" şirkətlərinə məxsus avtomobillər iş başında olan zaman polis əməkdaşları tərəfindən saxlanılıb:
"Polis əməkdaşları sürücülərə xəbərdarlıq edərək bildirib ki, sabah yenidən avtomobili idarə etsələr saxlanılaraq cərimələnəcəklər. Əməkdaşlar da polislərə poçt şirkətində çalışdıqlarını, ərzaq, dərman çatdırdıqlarını söyləyiblər. Polislər isə onlara cərimələnəcəklərini, daha sonra isə 30 sutkalıq həbs ediləcəklərini bildiriblər.
Report