Banner

Avto

Bakıda parkomatlar sökülür - VİDEO

Bakıda parkomatlar sökülür - VİDEO | FED.az
09:27 17 Yan 2019

Artıq paytaxtdakı parkomatların söküntüsünə başlanılıb. Söküntü şəhər ərazisindəki müxtəlif küçə və prospektlərdə həyata keçirilib.

FED.az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, parklanma nəzarətçilərinə bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən möhürlü vəsiqələr verilib.

Onlar parkomatların hansı qurum tərəfindən söküldüyünü bilmədiklərini deyirlər.

Eləcə də bax: Məhkəmə və İcra idarələri ilə əlbir olan şəbəkə qanunsuz cərimələr yazdırır - ARAŞDIRMA

Parkomatların hansı qurum tərəfindən söküldüyünü öyrənmək cəhdimiz isə baş tutmadı . Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, parkomatlar və onlarla bağlı bütün səlahiyyətlər ötən ilin aprel ayından qurumun tabeliyindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilib. Bu səbəbdən də söküntü işlərindən xəbərsizdirlər. 

 

 

Digər xəbərlər

Banner