2020-ci ilin yanvar-iyun aylarında Bakıda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 155,6 milyon manatlıq məhsul istehsal edilib.
Eləcə də bax: "Gəncə Avtomobil Zavodu” 5,8 milyon manatlıq - SİFARİŞ ALDI
FED.az xəbər verir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 31,7 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 53,8 faiz artıb.
Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalı 7,8 faiz , odsöndürənlərin istehsalı 70,7 faiz, fəvvarə armatur istehsalı 65,2 faiz, mancanaq dəzgahların istehsalı isə 50,3 faiz azalıb. (Trend)